BAKU Azərbaycan
16.03 °C

Şahbulaq qalasında Zəfər Gününə həsr olunmuş sərgi təşkil olunub - FOTO

Noyabrın 8-də Azərbaycan rəssamlarının Ağdama səfəri təşkil olunub.

Nümayəndə heyətini Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb.

Xüsusi nümayəndə rəssamlara Ağdam şəhəri, tarixi abidələrin yerləşdiyi ərazilər və aparılan bərpa-yenidənqurma işləri barədə məlumat verib.

Daha sonra Şahbulaq qalasında rəssamların sərgisi təşkil olunub.  Sərgi 8 Noyabr – Zəfər Gününə həsr olunub.