BAKU Azərbaycan
20.08 °C

Sabahın hava proqnozu AÇIQLANDI

Bakıda və Abşeron yarımadasında noyabrın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 9-11, gündüz 15-18, Bakıda gecə 9-11, gündüz 15-17 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 768 mm civə sütunundan 764 mm civə sütununa aşağı enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-9, gündüz 17-22, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.