BAKU Azərbaycan
16.03 °C

Prezidentin köməkçisi əməkhaqqılarının artırılmasından danışdı - SON DƏQİQƏ

Karantin rejiminin yumşaldılmasından sonra iqtisadiyyatın nə dərəcədə canlanmasını görmək üçün ümumdaxili məhsulun artımına baxmaq lazımdır.

Bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.  O bildirib ki, hazırda əməkhaqqılarının artımına baxılır.

“Əməkhaqqılarının artması tələbatı da artırır. Əhali bununla daha çox xidmətlərdən və malların alınmasından istifadə edəcək ki, bu da iqtisadiyyatın inkişafına təkan verəcək”, - deyə o əlavə edib.

Prezidentin köməkçisi 2022-ci il büdcə layihəsinin Milli Məclisə daxil olduğunu da xatırladıb.