BAKU Azərbaycan
24.03 °C

Ölkədə son sutkada COVID-19-a 2706 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2706 yoluxma faktı qeydə alınıb, 1937 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 539 min 710 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 501 min 508 nəfər müalicə olunaraq sağalıb, 7 min 182 nəfər vəfat edib. Aktiv xəstə sayı 31 min 20 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 min 350, bu günə qədər isə ümumilikdə 5 milyon 243 min 38 test icra olunub.