BAKU Azərbaycan
5.03 °C

Xalq artisti Murad Hüseynov şəhidlərimizə həsr “İthaf” əsərini təqdim edib - VİDEO

Tariximizə şan və şərəf səhifəsi kimi yazılan 44 günlük Vətən müharibəsində tarixi Zəfərin ildönümü yaxınlaşır. Bir il öncə bu günlər Azərbaycan xalqı, eləcə də dünya azərbaycanlıları Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən torpaqlarını kəndbəkənd, şəhərbəşəhər işğaldan azad etməsindən sonsuz həyəcan və qürur içində idi. Yenilməzliyimizin rəmzi olan bu tarix mədəniyyətin bütün sahələrinə sirayət edərək, sənətin müxtəlif sahələrində yeni–yeni möhtəşəm əsərlərin yaranmasına səbəb olub.

Xalq artisti, pianoçu Murad Hüseynov Zəfərin ildönümü ərəfəsində bəstələdiyi “İthaf” əsərini ictimaiyyətə təqdim edib. Əsər 44 günlük Vətən müharibəsində şəhid olan igid oğullarımızın xatirəsinə həsr olunub. Lirik əsər Xalq artistinin sosial hesablarında və rəsmi yutub səhifəsində (//www.youtube.com/watch?v=IdrZCKhFcOY) paylaşılıb.

Müəllifin ifasında lentə alınan “İthaf” kompozisiyasının rejissoru İlqar Əkbər, operatoru Elvin Muradxanlıdır.