BAKU Azərbaycan
14.03 °C

Avropaya ixrac olunan Azərbaycan qazının həcmi açıqlanıb

2021-ci ilin üçüncü rübündə Azərbaycan Avropaya 2,3 milyard kubmetr qaz ixrac edib.

Bu barədə Oksford Enerji Tədqiqatları İnstitutunun hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, üçüncü rüb ərzində boru kəmərləri ilə Norveçdən qaz idxalı 2019-cu illə müqayisədə 5,7 milyard kubmetr artıb. Şimali Afrikadan idxal 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3 milyard artıb, Rusiyadan isə 8,6 milyard kubmetr azalıb.

Ümumilikdə, 2021-ci ilin üç rübü ərzində Avropa bazarına 344 milyard kubmetr qaz tədarük edilib. 2019-cu ilin eyni dövrü ərzində bu göstərici 349 milyard kubmetrə bərabər idi.