BAKU Azərbaycan
21.03 °C

Bakıda Türk Şurasına üzv dövlətlərin baş prokurorlarının ilk iclası keçirilir

Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclası keçirilir.

İclas çərçivəsində, həmçinin, ikitərəfli və çoxtərəfli görüşlər də nəzərdə tutulub.

Qeyd edək ki, iclasda Türkiyə, Özbəkistan və Qırğızıstanın Baş Prokurorları, Qazaxıstanın Baş prokurorunun birinci müavini, Türk Şurasının baş katibinin müavini, Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti və digər qonaqlar iştirak edir.

Açılış çıxışlarından sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının Əsasnaməsinin imzalanması mərasimi baş tutub.