BAKU Azərbaycan
23.03 °C

Türk Şurasının üzvü olan 3 ölkənin baş prokuroru Bakıya gələcək

Noyabrın 1-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin Baş Prokurorları Şurasının ilk iclası keçiriləcək.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, iclasda iştirak edəcək Türkiyə, Özbəkistan və Qırğızıstanın baş prokurorları, Qazaxıstanın baş prokurorunun birinci müavini, Türk Şurası baş katibinin müavini, Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti və digər qonaqlar oktyabrın 31-də Bakıya gələcəklər.

Bildirilib ki, Türk Şurasına üzv dövlətlərin Baş Prokurorları Şurasının ilk iclası çərçivəsində ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulub.