BAKU Azərbaycan
20.03 °C

“VMedia”dan ermənilərə milyard dollarlıq təklif – VİDEO

“VMedia” adlı “YouTube” kanalı erməni təbliğatının və tarix elminin meqafeyklərini ifşa etmək üçün “Milyard dollarlıq təklif” adlı layihəyə başlayıb.

Gazette.az xəbər verir ki, layihənin müəllifləri, gətirdikləri faktları təkzib edə biləcək hər kəsə bir milyard dollar verməyə hazırdır.

Layihənin yaradıcıları düşünür ki, bir milyard dollarlıq əhəmiyyətli məbləğ rəsmi erməni tarixşünaslığı və təbliğatının ifşa edilmiş saxtakarlıqların miqyasını vurğulamaq üçün nəzərdə tutulmuşdur. Məhz bu meqafeyklər və onlara əsaslanan erməni dövlətinin siyasəti Cənubi Qafqazda bir əsrdən çoxdur ki, qanlı müharibələrin aparılmasına və bölgənin heç bir şəkildə sülh şəraitində bir yerdə yaşaya bilməməsinə səbəb olur.

“VMedia” kanalı əmindir ki, belə bir layihəyə tələbat ilk növbədə Ermənistan cəmiyyətinin özündə var və buna görə də “erməni cəmiyyətinə informasiya və təhsil dəstəyi çərçivəsində” təqdim olunur.

İngilis və rus dillərində hazırlanan ilk film “Cənubi Qafqazda niyə bir əsrdən çoxdur ki, müharibələr gedir?” başlığı ilə yayımlanır.