Şəhid Muxtar Qasımlının anım tədbiri keçirilib

ASAPES-də şəhid məzun Muxtar Qasımlının anım tədbiri keçirilib.

Fevralın 24-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) şəhid məzun Muxtar Qasımlının anım gününə həsr olunmuş tədbir baş tutdu. Əvvəlcə tədbirdə iştirak edən məzun şəhidimiz Muxtar Qasımlının valideynlərinə Akademiyada onun adı verilmiş auditoriya haqqında məlumat verildi. Akademiyanın akt zalında tədbirin açıq elan edildikdən sonra, Azərbaycan Respublikasının dövlət himni səsləndi və şəhid məzunun xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra Akademiyanın multimedia mərkəzinin hazırladığı qısa videoçarx və film nümayiş olundu. Tədbirdə Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftahətdinova, Suraxanı rayonu Yeni Azərbaycan Partiyasının sədri Vüqar Seyidov, ASAPES-in İdmanın təkmübarizlik növləri kafedrasının müdiri Qalib Əbiyev, Suraxanı rayon icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elmar Hüseynov, Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının prezidenti Rauf Bunyatəliyev, həmçinin tanınmış fitnes məşqçi Kamil Zeynallı və şəhidin ailə üzvləri çıxış edərək şəhid məzun haqında ürək sözlərini və xatirələrini bölüşdülər.

Sonda Akademiyanın prorektoru Fərid Mansurov şəhid atası Əli Qasımova xatirə nişanı olaraq, ASAPES-də keçirilən zəfər sərgisində nümayiş olunmuş portreti təqdim edib. Akademiyanın 14 məzun şəhidi haqqında hazırlanan video çarxa baxıldıqdan sonra, xatirə fotosu çəkdirildi.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR