BAKU Azərbaycan
23.03 °C

Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və İtaliya Respublikası Baş Qərargahının nümayəndə heyətləri arasında ikitərəfli əməkdaşlıq planı üzrə qərargah görüşü keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycan Ordusu ilə İtaliya Silahlı Qüvvələri arasında cari əməkdaşlığın vəziyyəti, perspektivlər, eləcə də regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.

Sonda növbəti illər üzrə ikitərəfli əməkdaşlığın sahələri və fəaliyyətlər müəyyən edilib.