BAKU Azərbaycan
23.03 °C

Türkiyə prezidenti Müdafiə Nazirliyinin rəhbərliyini qəbul edib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovu və müdafiə nazirinin müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevi qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən GAZETTE-yə daxil olan məlumatda bildirilib ki, qəbulda Türkiyə Respublikasının Milli müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi ordu generalı Yaşar Güler də iştirak edib.