Azərbaycan və Türkiyə hərbi rəhbərliyi “TurAz Şahini – 2021” təlimlərini izləyiblər – FOTO/VİDEO
Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvətilə qardaş ölkədə səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev və müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov “TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimlərində keçirilən “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirak etmək üçün Konya şəhərinə gəliblər.
Müdafiə Nazirliyindən GAZETTE-yə verilən məlumaat görə, təlimlərin keçirildiyi ərazidə fəxri qarovulun iştirakı ilə Azərbaycan nümayəndə heyətinin təntənəli qarşılanma mərasimi olub.
Sonra “TurAz Şahini – 2021” birgə təlimlərinin gedişi, yerinə yetirilən tapşırıqlar barədə yüksək səviyyəli qonaqlar üçün brifinq təqdim edilib. Brifinqdən sonra Azərbaycan və Türkiyə müdafiə nazirləri çıxış ediblər.
Sonda qonaqlar təlimlərin praktiki hissəsini izləyiblər.