BAKU Azərbaycan
26.03 °C

Zakir Həsənov “Üç qardaş – 2021” təliminə hazırlıq işləri ilə tanış olub

Sentyabrın 6-da Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan, Türkiyə və  Pakistan xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə baş tutacaq “Üç qardaş – 2021” beynəlxalq təliminin keçiriləcəyi ərazi ilə tanış olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən GAZETTE-yə verilən məlumata görə, müdafiə nazirinə təlimə hazırlıq prosesi və digər təşkilati məsələlərlə bağlı məruzə edilib.

Təlimin yüksək səviyyədə təşkili və keçirilməsi üçün müvafiq göstərişlər verilib.