
Reklam
25 İyun 2026, 16:17
116
Sabah qatarlar bu qrafiklə işləyəcək
26 İyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar Bakı metropolitenində qatarların hərəkət qrafiki dəyişdiriləcək.
Gazette.az xəbər verir ki, bununla bağlı “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilib ki, “28 May-Əhmədli” sahəsində və əksinə olmaqla pik saatlarda qatarlararası interval 2 dəqiqə 30 saniyə təşkil edəcək.
Zərurət yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılacaq.
Həmçinin qatarlar “Bakmil” stansiyasına və geri şənbə günü, Bənövşəyi xətdə və “Əhmədli-Həzi Aslanov” mənzilində isə şənbə-bazar günlərinin qrafiki üzrə hərəkət edəcək.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





