Maliyyə yükünün bölüşdürülməsi və ya sindikatlaşdırılmış kredit izahı nədr?

Müasir dövrdə böyük şirkətlər və dövlətlər iri layihələri həyata keçirmək üçün milyonlarla dollar dəyərində maliyyəyə ehtiyac duyurlar. Lakin bəzi hallarda bu qədər böyük məbləği tək bir bankın verməsi həm çətin, həm də riskli olur. Belə vəziyyətlərdə "sindikatlaşdırılmış kredit” anlayışı ortaya çıxır.
 
Gazette.az qaynarinfo-ya istinadən "sindikatlaşdırılmış kredit” anlayışının iqtisadi mənasını təqdim edir:

Sindikatlaşdırılmış kredit — bir neçə bankın və ya maliyyə qurumunun birləşərək eyni borcalana birlikdə kredit verməsidir. Bu isə o deməkdir ki, böyük məbləğli kredit yükü bir bankın üzərində qalmır, müxtəlif banklar arasında bölüşdürülür.

Bu sistemdə adətən bir əsas bank olur. Həmin bank kredit prosesini idarə edir, şərtləri müəyyənləşdirir və digər bankları layihəyə cəlb edir. Digər banklar isə müəyyən məbləğdə vəsait ayıraraq bu maliyyələşmədə iştirak edirlər.

Sindikatlaşdırılmış kreditlərin əsas üstünlüklərindən biri riskin bölüşdürülməsidir. Çünki iri həcmli kreditlərin geri qaytarılmaması bank üçün ciddi problem yarada bilər. Risk bir neçə bank arasında paylandıqda təhlükə də azalır.

Bu kredit növü əsasən böyük tikinti layihələrində, enerji və infrastruktur sahəsində, beynəlxalq ticarət əməliyyatlarında və iri şirkətlərin investisiya layihələrində istifadə olunur.

Sindikatlaşdırılmış kreditlər beynəlxalq maliyyə bazarlarında da geniş yayılıb. Bu üsul şirkətlərə daha böyük investisiya cəlb etmək imkanı yaradır və iri layihələrin reallaşdırılmasını asanlaşdırır.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR