
Reklam
19 May 2026, 11:31
87
Xankəndiyə qatarla nə vaxtdan gedə biləcəyik?
"Xankəndidə dəmiryol vağzalının 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır".
Bu sözləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov WUF13 çərçivəsində Azərbaycan pavilyonunda "Münaqişədən sonrakı şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması" mövzusunda tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, Xankəndi dəmiryolunun inşasına başlanılıb:
"Artıq layihələndirmə işlərinin 90 faizi, tikinti işlərinin 50 faizi həyata keçirilib. Gələn il üçün tikinti işlərinin yekunlaşdırılması və istifadəyə verilməsi planlaşdırılır".//oxu.az
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





