Enerji təhlükəsizliyi və Azərbaycanın qlobal enerji bazarındakı rolu

Möhtərəm Prezident cənab İlham Əliyev “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda III Qlobal Bakı Forumu çərçivəsində çıxışında enerji təhlükəsizliyi məsələsinə geniş toxunaraq bu sahənin  müasir dünyada getdikcə daha böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır.

Bildiyimiz kimi bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Enerji resurslarının sabit və etibarlı şəkildə təmin olunması dövlətlərin iqtisadi sabitliyi, sosial rifahı və ümumi təhlükəsizlik mühitinin qorunması baxımından həlledici rol oynayır.

Dövlət başçısı nitqində bildirmişdir ki, hazırda dünya enerji bazarında baş verən proseslər qlobal iqtisadiyyata ciddi təsir göstərir. Neft və qaz qiymətlərində müşahidə olunan kəskin dəyişikliklər yalnız enerji istehlak edən ölkələr üçün deyil, eyni zamanda istehsalçı və ixracatçı dövlətlər üçün də müxtəlif risklər yaradır. Bu gün ölkəmiz dünyada məsuliyyətli enerji siyasəti həyata keçirən dövlət kimi tanınır.

Azərbaycan OPEC+ formatının məsuliyyətli üzvü kimi qlobal enerji bazarında balansın qorunmasına töhfə verir. Ölkəmiz neft qiymətlərinin süni şəkildə kəskin dəyişməsinin qarşısını almaq, bazarda sabitliyin təmin olunması və istehsalçı ilə istehlakçı ölkələr arasında balansın qorunması üçün fəal mövqe nümayiş etdirir.

Cənab Prezidentin sözlərinə görə, Azərbaycan bu format çərçivəsində ortaq qərarların qəbul olunmasına və tarazlı enerji siyasətinin formalaşdırılmasına mühüm töhfə verir və ölkəmizin vasitəçilik fəaliyyəti beynəlxalq tərəfdaşlar tərəfindən yüksək qiymətləndirilir. Qeyd edək ki, Azərbaycan enerji sektorunun bütün əsas seqmentlərində fəaliyyət göstərir. Ölkəmiz neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları və elektrik enerjisinin istehsalı və ixracı ilə məşğul olan mühüm enerji istehsalçısı və ixracatçısıdır. Azərbaycanın həyata keçirdiyi enerji layihələri yalnız ölkənin iqtisadi inkişafına deyil, həm də regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir.

Ölkə başçısı nitqində qeyd etmişdir ki, qlobal enerji bazarında tələbatın və tədarük coğrafiyasının genişlənməsi Azərbaycanın enerji ixrac imkanlarının daha da artırılmasını zəruri edir. Bu məqsədlə ölkəmiz xüsusilə təbii qaz və elektrik enerjisinin ixracının artırılması istiqamətində mühüm layihələr həyata keçirir və yeni əməkdaşlıq imkanlarını nəzərdən keçirir. Hazırda Azərbaycanın təbii qaz ixrac etdiyi ölkələrin sayı sürətlə artmaqdadır. Əgər bir il əvvəl Azərbaycandan qaz alan ölkələrin sayı 12 idisə, artıq bu rəqəm 16-ya yüksəlmişdir. Bu fakt Azərbaycanın qlobal enerji bazarında etibarlı Cənab İlham Əliyev qeyd etmişdir ki, yaxın illərdə Azərbaycanın enerji ixracının həcmi daha da artacaq.

Bu isə xüsusilə enerji resurslarına ehtiyac duyan ölkələr üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan enerji siyasətində etibarlılıq, sabitlik və uzunmüddətli əməkdaşlıq prinsiplərinə sadiq qalaraq tərəfdaş ölkələrin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verməyə davam edəcəkdir.

Pərviz Abbasov
Neftçala rayonu

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR