“Aqrar Məşvərət Şurası” İctimai Birliyinin növbəti iclası keçirilib

“Aqrar Məşvərət Şurası” İctimai Birliyinin növbəti iclası keçirilib. Azərbaycanın aqrar sektorunda əmək münasibətlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən iclasda “Aqrar sektorda əmək münasibətlərinin tənzimlənməsi: mövcud vəziyyət və növbəti addımlar” mövzusunda geniş müzakirələr aparılıb.

İclasda Kənd Təsərrüfatı Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbər şəxsləri, Aqrar Məşvərət Şurasının üzvləri, eləcə də aqrar sahədə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov aqrar sahədə əmək münasibətlərinin strateji əhəmiyyətini vurğulayaraq bildirib ki, dayanıqlı məşğulluğun təmin edilməsi, muzdlu işçilərin hüquqlarının qorunması, rəsmi məşğulluğun təşviqi və insan resurslarının inkişafı sektorun davamlı inkişafında mühüm rol oynayır. Nazir qeyd edib ki, dövlət tərəfindən həyata keçirilən proqramlar və dəstək mexanizmləri ilə yanaşı, əmək münasibətlərinin qanunvericiliyə uyğun şəkildə tənzimlənməsi məhsuldarlığın və rəqabət qabiliyyətinin artırılmasına xidmət edir.

Aqrar Məşvərət Şurasının sədri Niyazi Əmirbəyov çıxışında aqrar sahədə əmək münasibətlərinin inkişafı baxımından dövlət-özəl tərəfdaşlığının gücləndirilməsinin, işəgötürən və işçilər arasında şəffaf və sağlam əmək münasibətlərinin qurulmasının, eləcə də beynəlxalq təcrübədən istifadənin vacibliyini qeyd edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev aqrar sektorda əmək münasibətlərinin leqallaşdırılması, muzdlu işçilərin rəsmi qeydiyyatının genişləndirilməsi, əmək müqavilələrinin tətbiqinin təşviqi, sosial sığorta mexanizmlərinin gücləndirilməsi və mövsümi məşğulluğun tənzimlənməsi istiqamətində görülən işlər barədə məlumat verib.

“Agrarco” MMC-nin İdarə Heyətinin sədri Şahmurad Yəhyayev şirkətin fəaliyyəti ilə bağlı təqdimatla çıxış edib. Təqdimatda şirkətin əsas fəaliyyət istiqamətləri, aqrar sahədə həyata keçirdiyi layihələr, dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində müəyyən edilmiş inkişaf hədəfləri və gələcək planlar barədə məlumat verilib.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev aqrar sektorda əmək münasibətlərinin tənzimlənməsi mövzusunda təqdimatla çıxış edib. O, əməkhaqqı islahatlarının nəticələri, əmək münasibətlərinin elektronlaşdırılması, bu sahədə əldə olunmuş əsas nailiyyətlər, ƏMAS üzrə yeni funksionallıqlar, əmək qanunvericiliyində edilən yeniliklər, əməyin mühafizəsi sahəsində görülən tədbirlər, eləcə də “DOST Müfəttiş” layihəsinin tətbiqi barədə ətraflı danışıb.

Müzakirələr zamanı aqrar sahədə əmək münasibətlərinin şəffaflığının artırılması, qeyri-formal məşğulluğun azaldılması, muzdlu işçilərin sosial müdafiəsinin gücləndirilməsi və əmək münasibətlərinin daha effektiv tənzimlənməsi istiqamətində növbəti addımlar ətrafında fikir mübadiləsi aparılıb.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR