
Reklam
17 Dekabr 2025, 16:59
186
Üç vəzifəli şəxs cərimələndi
Azərbaycanda 3 BOKT-un vəzifəli şəxsləri cərimələnib.
Gazette.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Bildirilib ki, BOKT “Effektinvest” MMC-nin vəzifəli şəxsi 4500 manat, “Finex Kredit” BOKT ASC-nin vəzifəli şəxsi 8000 manat, “BOKT Caspian İnvest” MMC-nin vəzifəli şəxsi isə 1500 manat cərimə edilib.
Qeyd olunub ki, buna səbəb “Bank olmayan kredit təşkilatları haqqında” Qanunun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması olub.
Buna görə də, İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, hər 3 BOKT-un vəzifəli şəxsləri cərimələnib.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





