Azərbaycanda regionun ən iri Batareya Saxlanc Sistemlərinin qurulmasına başlanılıb

Azərbaycanda bərpaolunan enerji mənbələrinin (BOEM) dinamik inkişafı üçün “AzərEnerji” tərəfindən genişmiqyaslı Batareya Enerji Saxlanc Sistemlərinin (BESS) yaradılması prosesi sürətlə davam edir.

“AzərEnerji”dən  bildirilib ki, bütünlükdə MDB məkanında gücünə və tutumuna görə ən böyük Batareya Saxlanc Sistemləri olan bu enerji obyektləri paytaxta yaxın 500 kV-luq “Abşeron”, eləcə də ölkənin mərkəz hissəsində yerləşən 220 kV-luq “Ağdaş” yarımstansiyalarının ərazilərində qurulur.

Ümumi gücü 250 meqavat, enerji tutumu isə 500 meqavat-saat olan mərkəzlər üçün batareya saxlanc sistemlərinin ilk partiyası artıq bu günlərdə ölkəyə gətirilib. Çinin “Great Power” zavodunda sifariş əsasında yığılan avadanlıqlar gəmilərə yükləndikdən sonra Sakit Okean, Hind Okeanı, Ölü dəniz, Süveyş kanalı, Aralıq dənizi və Egey dənizini keçərək, Türkiyənin Gemlik Limanına, oradan isə quru yolu ilə Türkiyə və Gürcüstan üzərindən Azərbaycana gətirilib. Hər birinin çəkisi 36 ton olan Batareya Saxlanc Sistemləri polis müşahidəsi ilə xüsusi qaydada təyinatı üzrə yerlərinə çatdırılaraq quraşdırılıb. Artıq saxlanc sistemlərinin 15 faizi ölkəyə gətirilib və qalan 85 faizi isə aprel ayına qədər gətirilərək quraşdırılacaq.

Qeyd edək ki, “AzərEnerji” tərəfindən Batareya Saxlanc Mərkəzlərinin yaradılması enerji sisteminin dayanıqlılığının artırılması, tezliyin sabit saxlanılması, BOEM-lərdə dəyişkənliyin balanslaşdırılması, pik yüklərin ödənilməsi, günəş enerjisinin azalması saatlarında yük qrafikinin hamarlanması və qəza hallarında enerji sisteminin sıfırdan bərpası baxımından strateji əhəmiyyət daşıyır. Bu sistemlər Azərbaycanın enerji müstəqilliyini gücləndirməklə yanaşı, enerji şəbəkəmizin həm qonşu ölkələrlə paralel, həm də müstəqil rejimdə etibarlı fəaliyyətini təmin edəcək.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR