
Reklam
22 Oktyabr 2025, 16:15
188
Azərbaycanın valyuta ehtiyatları 81 milyard dolları keçib
Azərbaycanın strateji valyuta ehtiyatları ilin əvvəlindən 14,7% artaraq 81,5 milyard ABŞ dollarına çatıb.
Gazette.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında bildirib.
O vurğulayıb ki, Mərkəzi Bankın ehtiyatları 11,3 milyard ABŞ dolları səviyyəsində formalaşıb.
"Ölkəmizin valyuta ehtiyatları tədiyyə balansının statistikasına baxdıqda 37% mal və xidmətlərin idxalını ödəyə bilir. Valyuta bazarında, həm nağd və həm də qeyri-nağd bazarlarında təklif tələbi üstələyib", - sədr qeyd edib.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





