Erman Ereke: "Orta Asiya ilə Türkiyə arasında yükdaşımaların yarısı Zəngəzur dəhlizindən keçə bilər"

Zəngəzur dəhlizinin açılması, Azərbaycanın bir neçə proseduru sadələşdirməsi ilə Orta Asiya ilə Türkiyə arasında olan dövriyyənin yarıdan çox hissəsi buradan keçə bilər.

Gazette.az Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasına (ABADA) istinadən xəbər verir ki, bunu Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının Türkiyə və Yaxın Şərq üzrə daimi nümayəndəliyinin rəhbəri Erman Ereke Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Avtomobil Daşıyıcıları Assosiasiyasının nümayəndə heyəti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi və Xəzər Dəniz Gəmiçiliyinin rəsmilərinin iştirakı ilə keçirilən görüşdə bildirib.

Onun sözlərinə görə, hazırda Türkiyə ilə Orta Asiya ölkələri arasında orta hesabla illik 110-120 min TIR dövriyyəsi var: "Bu dövriyyə də artmaqdadır".

E.Ereke Zəngəzur koridorunun açılmasının bütün region üçün faydalı olacağını bildirib: "Bu marşrut alternativ və yeni istiqamət olduğundan yükdaşımaların həcminə kifayət qədər təsir edə bilər.

Zəngəzur dəhlizi Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin tam kəsişmə məntəqəsi sayılır. Bu dəhlizin işə düşməsi ilə Türkiyə üzərindən İraq, Suriya və Aralıq dənizinin cənub limanlarından yükdaşımların həcmi artacaq".

Görüşdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Avtomobil Daşıyıcıları Assosiasiyası İttifaqının (BSEC-URTA) prezidenti Mehmet Uylukcu deyib ki , mövcud geosiyasi vəziyyətdə yeni nəqliyyat koridorlarının işlənməsi prossesində Azərbaycan strateji ölkəyə çevrilib.

Bildirilib ki, səfərin əsas məqsədi Azərbaycanın mövcud nəqliyyat-loqistika imkanlarını müzakirə etmək, Azərbaycan üzərindən yükdaşımaların icrası üçün görülə biləcək işlərlə bağlı fikir mübadiləsi aparmaq olub.

M.Uylukcunun sözlərinə görə, “Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (İRU), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Azərbaycana bütün lazımı dəstəyi görtərməyə hazırdır:

“Hazırda əsas hədəflərdən biri elekton xidmətinlərin Azərbaycanda tətbiqi edilməsidir ki, bu səfərimizdə də bunula bağlı müzakirələr aparıldı. Təminatlı yükdaşımaların təşkili üçün isə ABADA ilə strateji əməkdaşlığımızı genişləndirmək niyyətindəyik”.

Səfər çərçivəsində ABADA ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Avtomobil Daşıyıcıları Assosiasiyası İttifaqı arasında yeni təminat sistemin tam tətbiqi ilə bağlı razılıq əldə edilib. Rəsmi görüşlərdən sonra nümayəndə heyəti Rusiya ilə sərhəd-keçid məntəqələrinə baş çəkiblər.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR