BAKU Azərbaycan
17.03 °C

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 7 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda xaricilər bank kartları vasitəsi ilə 549,7 milyon manatlıq əməliyyat aparıblar.

Gazette az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nda bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 dəfə çoxdur.

Təkcə fevral ayında isə əcnəbilərin kartla xərcləmələri 125,1 milyon maant təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 4,8 dəfə çoxdur.