BAKU Azərbaycan
17.03 °C

Yaponiya Rusiyadan 38 məhsulun idxalına qadağa qoyub

Yaponiya hökuməti Rusiyanın Ukraynaya hücumuna cavab olaraq qonşu ölkədən 38 məhsulun idxalına qadağa qoyub.

Gazette az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, söhbət əsasən araq daxil olmaqla spirtli içkilərdən, taxta-şalban məmulatlarından və elektrikli maşınlardan gedir. Bu məhsullar ötən il Yaponiyanın Rusiyadan ümumi idxalının 1,1 %-ni təşkil edib.

Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi (METİ) sözügedən məhsullar üçün alternativlər tapılacağını bildirib. Gündoğan ölkənin Nazirlər Kabinetinin baş katibi Matsuno Hirokazu isə deyib ki, "Yaponiya beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edərək Ukrayna ətrafındakı böhranın genişlənməsinin qarşısını almaq, tezliklə atəşkəsə nail olmaq üçün Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edir”.

 

 

report