BAKU Azərbaycan
6.03 °C

Mərkəzi Bank uçot dərəcəsini 0,5 faiz artırdı

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7 %, faiz dəhlizinin aşağı həddi 6 %, yuxarı həddi isə 8 % səviyyəsində müəyyən olunub.

Mərkəzi Bankdan verilən məlumata görə, uçot dərəcəsinə dair qərar iqtisadiyyatda inflyasiya təzyiqinin qalması, ona təsir edən amillərin təsirinin dayanıqlığı, dünya bazarlarında qiymətlərin artımı, ticarət tərəfdaşı ölkələrində yüksək inflyasiya səviyyəsi və inflyasiya gözləntilərinin yüksəlməsi əsasında qəbul edilib.

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar iqtisadiyyatın qısa və ortamüddətli dövrdə inkişaf perspektivləri, habelə inflyasiyanın risk balansında dəyişikliklər nəzərə alınmaqla qəbul ediləcək.

Bildirilib ki, Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı 2021-ci il dekabr ayının 17-də ictimaiyyətə açıqlanacaq.