BAKU Azərbaycan
4.03 °C

Seda Sayan ərinin soyadını sildirir

Aprel ayında 7-ci dəfə nikah masasına əyləşən tanınmış müğənni, aparıcı Seda Sayan həyat yoldaşı Çağlar Öktenin soyadını istifadə etməmək üçün məhkəməyə üz tutub.

Gazette.az lent.az-a istinadla xəbər verir ki, buna səbəb Ökten soyadının rəsmi sənədlərdə problemli olmasıdır. Məhkəməyə müraciətində Seda bildirib ki, sənədlərdə "Gürsaçer Ökten" olaraq qeyd olunub və bu soyadın sənədlərdən silinməsini, qızlıq soyadının rəsmi sənədlərə salınmasını istəyib.

Qeyd edək ki, onun vəkili vurğulayıb ki, Seda Sayanın həyat yoldaşı buna razılıq verib.