BAKU Azərbaycan
15.03 °C

Məşhur aktrisa: "15 yaşından işləyirəm, gəlinlik xəyalı qurmağa vaxtım olmayıb"

Yeni film çəkilişlərinə başlayan aktrisa Demet Özdemir gözəllik mərkəzinə gedərkən görüntülənib. 

Gazette.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 30 yaşlı aktrisa 3 saatlıq baxımdan sonra jurnalistlərin sualları cavablandırıb. 

"Film çəkilişləri başlayıb, toya hazırlıq deyəndə gərgin bir dövr keçirəm. Gəlinliyi hələ seçməmişəm. Xəyallarımda xüsusi model yoxdur. 15 yaşımdan işləyirəm, başa düşdüm ki, heç vaxt toy, gəlinlik və ya başqa bir şeyin xəyalını qurmamışam, vaxtım olmayıb. Odur ki, dəqiq deyə bilmərəm", - ulduz qeyd edib.

Sevgilisi Öğuzhan Koçl evlənməyə hazırlaşan ulduz əlavə edib ki, toyları İstanbulda olacaq: "Toyumuzun şəhərdən kənarda olmayacağını bilirik, gərgin və sıx iş qrafiki səbəbiylə çox gümün ki, İstanbulda olacaq". (publika.az)