BAKU Azərbaycan
10.03 °C

Ülviyyə Xəlilbəyli : "İstəmərəm qızım olsun.Hansısa murdar ailəyə düşüb..."

Bir müddətdir Akademik Rus Dram Teatrının aktyoru Murad İsmayıl və həyat yoldaşı, aktrisa Ülviyyə Xəlilbəyli arasında soyuq küləklər əsir.   Bir neçə gün öncə aktrisanın instaqram paylaşımları, ardından tətilə Muradsız getməsi diqqət çəkmişdi. 

Gazette az olay-a istinadən xəbər verir ki, sənətçi bu dəfə instaqramda izləyicilərinin suallarını cavablandırıb. Onun fikirlərində öz evliliyinə eyham vurması diqqətdən yayınmayıb:   Ülviyyə "Sosial şəbəkədə tanış olub, evlənmək olar? Güclü ailə alınarmı" sualına "Fərq etməz, harada tanış olmusunuz. Əsas sizi sevən bəy xarakterli olsun. Sevdiyi qadını qorumağı, sahiblənməyi bacarsın. Bəzi köhnə düşüncəlilər qorumağı, xanımını qəfəsə qoymaqda, geyiminə qarışıb, çürütməkdə görürlər. Amma birini nə qədər sıxsan, o qədər çox gedər", - deyə cavab verib. 

 Daha sonra "Bir insanın sizi sevdiyini necə bilmək olar" sualına "Bir az qəlizdir. İndi insanlarda o qədər sifət var ki, anlamaq çətindir. Öz çıxarı üçün sevgini oynadanlar da var. Ürək aldadır, beyin isə yox. Ağlınızı dinləyin" cavabını yazıb.   "Qızınız olsa, adını nəy qoymaq istəyərdiniz?" sualına gəlincə Ülviyyə bunları yazıb:   "Qızım olmağını istəmərəm. Hansısa murdar ailəyə düşüb, əzab çəkməyinə dözə bilmərəm". 

"Bir oğlan var, hamı ilə kobud danışır, məndən başqa. Sizcə bu sevgidir?", - deyə soruşan izləyicisinə "Simpatiyası ola bilər. Siz onun üçün əlçatan deyilsiniz. Ovucuna düşəndə, gözündə adiləşəcəksiniz. Sizə daha betər kobud olacaq. Çünki belə insanlar heç vaxt dəyişmir. İlan qabığını dəyişir, xasiyyətini yox. Əsla aldanmayın" sözlərini qeyd edib. Xəlilbəyli digər suallara ardıcılıq olaraq bu cavabları yazıb:  "Ailə quracağınız insanın ailəsini, nəslini-kökünü araşdırın. Çünki ot kökü üstə bitər. Kökünü tanımayanlardan uzaq olun.

Fikrimcə, kişi özünə sığışdırıb qadından pul istəməməlidir. Öyrəşsə, elə də davam edəcək. İstər-istəməz qadının gözündə kişi kimi dəyərini itirir, gözdən düşür. İtirilmiş dəyərlər isə bərpa olmur. Qadın pulunun haqq-hesabını aparan kişidən kişi çıxmaz. Bu mənim şəxsi fikrimdir. Ola bil