BAKU Azərbaycan
15.03 °C

Rəqsanənin qızı - "Əlim girməyən yerə anamın əli girir"

"Əlim girməyən yerə anamın əli girir. Əsas odur ki, işim gedir. Anam hər zaman düzünü deyib. Mənim rəfiqəm olmayıb. Hər zaman bir-birimizə dost olmuşuq. Onun hər bir sözü mənə məsləhətdir".

Gazette az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılovanın ifaçı qızı Aysun İsmayılova deyib. "Səhər mərkəzi" proqramında qonaq olan Aysun aparıcı Afaq Gəncəlinin "Rəqsanə dizini, yoxsa qızını döyüb" sualına belə cavab verib:

"Qızını döyüb. Başımda daraq da sındırıb".

Proqramın digər aparıcısı Tural Əsədov isə "Növbəti dəfə şiddətə qarşı çıxırıq" deyərək, söhbəti dayandırıb.