BAKU Azərbaycan
17.03 °C

Əli Əhmədov: “Nizami Gəncəvi yaradıcılığı ümumbəşəridir”

“Nizami Gəncəvi Azərbaycana xalqının yetişdirdiyi və dünyaya bəxş etdiyi ən böyük şairi və mütəfəkkirlərindən biridir. Onun yaradıcılığı bilavasitə Azərbaycanla bağlı olub, Gəncədə doğulub, böyüyüb və yaradıcılığı ilə də orada məşğul olub”.

Bunu Nizami Gəncəvi Beynəlxalq Forumunda çıxış edən Baş nazirin müavini Əli Əhmədov bildirib.

Onun sözlərinə görə, Nizami Gəncəvi yaradıcılığı Azərbaycanla nə qədər bağlıdırsa, o qədər də ümumbəşəridir: “Onun ümumbəşəri dəyəri, xeyirlə şərin mübarizəsi, ədalətli cəmiyyət problemi dünyanın bütün xalqlarına məxsus problemlərdir. Bu o deməkdir ki, o, təkcə şair yox, həm də dərin təfəkkürə malik filosof idi. O, təkcə mədəniyyətlər yox, həm də xalqlar arasında körpü olub. Onun əsərlərində ayrı-ayrı xalqların tərənnümü, eyni zamanda, xalqlar arasında dostluq tərənnümü idi. Nizami Gəncəvi Azərbaycan xalqının fəxridir. Nizami adı Azərbaycanda ən geniş yayılmış adlardan biridir. Bu, ondan xəbər verir ki, Nizami bütün dövrlərdə azərbaycanlılar tərəfindən ən sevilən şairlərindən biri kimi dəyərləndirilib”.