BAKU Azərbaycan
17.03 °C

“Araz-Naxçıvan” Çempionlar Liqasına məğlubiyyətlə başlayıb

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparan “Araz-Naxçıvan” klubu oktyabrın 28-də ilk oyununu keçirib.

Ukraynada təşkil edilən qrup oyunlarında yerli “Uraqan” klubu ilə qarşılaşan təmsilçimiz rəqibinə 2-1 hesabı ilə məğlub olub. “Araz-Naxçıvan”ın heyətində yeganə qolu Ramiz Çovdarov vurub.

Qrupda keçirilmiş digər oyunda Kosova çempionu “Liqeni” Rumıniya təmsilçisi “Yunayted Qalati”ni 6-4 məğlub etməyi bacarıb.

“Araz-Naxçıvan” qrup mərhələsində növbəti oyununu bu gün Rumıniya klubuna qarşı keçirəcək.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq matç “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.