BAKU Azərbaycan
14.03 °C

“Qarabağ” Premyer Liqada ilk məğlubiyyətini alıb

Oktyabrın 24-də futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulub.

Turun son matçında “Qarabağ” “Səbail”in qonağı olub və görüşdən 3:1 hesablı məğlubiyyətlə ayrılıb.

“ASCO Arena” baş tutan qarşılaşmada hesabı 32-ci dəqiqədə Nikolas Raysel açıb. “Dənizçilər”in növbəti qolunu 42-ci dəqiqədə Mirsayib Abbasov vuraraq fərqi 2 topa çatdırıb. Matçın 65-ci dəqiqəsində “Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Kadi Borges fərqlənərək hesab arasındakı fərqi minimuma endirməyi bacarıb. Lakin matçda son qolu da “Səbail” vurub. Turan Manafov əsas vaxta əlavə olunmuş 1-ci dəqiqədə cərimə zərbəsindən vurduğu mükəmməl qolla yekun hesabı müəyyənləşdirib, 3-1.

Qeyd edək ki, bu “Qarabağ”ın cari mövsümdə ilk məğlubiyyəti olmaqla yanaşı, Ağdam təmsilçisinin 16 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyulub.

Xatırladaq ki, 8-ci tur çərçivəsində keçirilən oyunlarda “Sabah” “Sumqayıt” 3-0, “Qəbələ” “Keşlə”ni 3-2 “Neftçi” isə “Zirə”ni 2-1 hesabı ilə məğlub etməyi bacarmışdı.

Qeydə alınmış nəticələrdən sonra “Qarabağ” 17 xalla liderliyini qoruyub. Eyni xala malik “Neftçi” 2-ci, aktivində 15 xal olan “Qəbələ” isə 3-cü pillədə qərarlaşıb.