BAKU Azərbaycan
15.03 °C

Premyer Liqada IV tura “Qarabağ”ın qələbəsi ilə yekun vurulub

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura yekun vurulub.

Turun son görüşü “Azərsun Arena”da “Qarabağ”la Sumqayıtın eyni adlı komandası arasında keçirilib.

“Sumqayıt”ın müqavimətinə baxmayaraq görüş meydan sahiblərinin 2-0 hesablı qələbəsi ilə başa çatıb. Matçda hər iki qolu millimizin yarımmüdafiəçisi Filip Ozobiç (24′(p), 95′) vurub.

Başa çatan oyunlardan sonra Premyer Liqada turnir cədvəlində 4 turdan sonra ikihakimiyyətlilik yaranıb. Keçirdikləri 4 matçda 3 qələbə 1 heç-heçə əldə “Qəbələ” və “Qarabağ” 10 xalla ilk iki pilləni bölüşdürürlər. Yalnız 1 görüşdə rəqiblərinə məğlub olan “Neftçi” 3-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, son turun ötən həftə sonu keçirlən qarşılaşmalarında “Qəbələ” “Səbail”i 5-0, “Neftçi” isə “Keşlə” 3-0 hesabı ilə məğlub etmiş, “Zirə” – “Sabah” görüşündə isə 1-1 bərabərlik qeydə alınmışdı.