BAKU Azərbaycan
25.03 °C

“Neftçi” Ramon Maçadonu transfer etdi – VİDEO

Son Azərbaycan çempionu “Neftçi” hücumçu transferini rəsmiləşdirib.

GAZETTE Bakı klubuna istinadən xəbər verir ki, braziliyalı Ramon Maçado ilə 1 il müddətinə müqavilə bağlanıb. 30 yaşlı futbolçu komandanın heyətində 91 nömrəli formanı geyinəcək.

Sonuncu klubu “Brazil de Pelotas” (2016, 2021) olan Ramon Maçado Almaniyanın “Regensburq” (2012-2013), Braziliyanın “Espartivo” (2014), “Layeadense” (2014, 2015), “Santa Kruz” (2014), “Boa Esporte” (2015), “Ponte Preta” (2017), “Yuventude” (2017), “Vila Nova” (2018), “İtuano” (2019), “Parana” (2019), “Santo Andre” (2020, 2021) və “Botafoqo”da (2020) da çıxış edib.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl yarımmüdafiəçilər – Sezar Meza Kolli, Harramiz Suares, Xəyal Nəcəfov və müdafiəçilər Romen Bask, Huqo Bastonu transfer edib.