BAKU Azərbaycan
15.03 °C

“Araz-Naxçıvan”ın rəqibləri bəlli oldu – Çempionlar Liqası

Avqustun 30-da İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA Çempionlar Liqasının püşkatma mərasimi keçirilib.

GAZETTE xəbər verir ki, püşkatmanın nəticəsinə görə ölkəmizi turnirdə təmsil edən “Araz-Naxçıvan” 6-cı qrupunda yer alıb.

Azərbaycan çempionu elit-raunda yüksəlmək üçün “Uraqan İvano – Frankivsk” (Ukrayna),” Liqeni” (Kosovo) və “United Qalati” (Rumıniya) komandaları ilə qarşılaşacaq.

Bu mərhələnin oyunları oktyabrın 26-31-i aralığında Ukraynada keçiriləcək.

Qeyd edək ki, qrup mərhələsini ilk pillədə yekunlaşdıracaq komanda elit-raundda oynamaq hüququ qazanacaq.