BAKU Azərbaycan
16.03 °C

“Neftçi” və “Qarabağ” ilk qələbələrini qazanıblar – Premyer Liqa

Avqustun 22-də futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turunun növbəti oyunları keçirilib.

GAZETTE xəbər verir ki, günün Zirə İdman Kompleksində keçirilən ilk oyununda “Zirə” komandası sonuncu çempion “Neftçi” ilə üz-üzə gəlib. Matç “Neftçi”nin qələbəsi ilə başa çatıb, 2:1.

Oyunda ilk qolu 72-ci dəqiqədə Fəhmin Muradbəyli vurub. Görüşün əsas vaxtına əlavə olunmuş dəqiqələrdə hər iki komanda hərəyə bir dəfə fərqlənməyə nail olub. Əvvəlcə Emin Mahmudov (90+2′) fərqi iki topa çatdırıb. İki dəqiqə sonra isə David Volkov (90+4′) adını tabloya yazdırıb.

Turun son qarşılaşmasında “Qarabağ” doğma divarlar arasında “Səbail”i qəbul edib. “Azərsun Arena”da baş tutan matç Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qarabağ”ın heyətində Musa Qurbanlı dubla imza atıb (30′, 45+2′). Oyunda digər topu isə Filip Ozobiç (75′) rəqib komandanın qapısından keçirməyə müvəffəq olub.

Xatırladaq ki, Premyer Liqanın ikinci turunun avqustun 21-də keçirilən digər iki oyunda “Qəbələ” öz meydanında “Keşlə”ni (2:1), “Sumqayıt” isə “Sabah”ı (2:0) məğlub etmişdi.