BAKU Azərbaycan
18.03 °C

“Qəbələ” və “Sumqayıt” turu qələbə ilə başa vurdu – Premyer Liqa

Avqustun 21-də futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turuna start verilib.

GAZETTE xəbər verir ki, günün ilk matçında “Qəbələ” komandası “Keşlə”ni qəbul edib. Qəbələ şəhər stadionunda keçirilən matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Qəbələ”nin heyətində Yaovi Akakpo (11′), Rafael Utziq (30′), rəqib komandadan isə Anatole Abanq (76′) fərqləniblər.

Günün sonuncu görüşündə “Sabah” komandası “Sumqayıt”ın qonağı olub. “Kapital Bank Arena”da keçirilən matçda “Sumqayıt” 2:0 hesablı qələbə qazanıb. “Gənclər şəhəri” təmsilçisinin heyətində qolları Əli Qurbani (32′) və Tellur Mütəllimov (78′) vurublar.

Qeyd edək ki, tura avqustun 22-də keçiriləcək “Zirə” – “Neftçi” və “Qarabağ” – “Səbail” matçları ilə yekun vurulacaq.

18:30. “Zirə” – “Neftçi”
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Kamran Bayramov, Səbuhi Bayramov

Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Zirə İdman Kompleksinin stadionu.

20:20. “Qarabağ” – “Səbail”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Cəmil Quliyev, Fərid Hacıyev

Hakim-inspektor: Gülağa Cabbarov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Azersun Arena”.