Gələcəyimizin Gücü – 139 mindən çox körpə ÜRƏK…

Bu gün Azərbaycanın hər guşəsində, eləcə də azad Qarabağımızda 10 minlərlə körpə ürək yeni, böyük bir yola çıxır. Təhsil, elm və inkişaf naminə öz kövrək addımlarını atan 139 mindən çox uşaq əslində dövlətimizin sabahına yön alan möhtəşəm yolun uğurunu təmin edənlər olacaqlar. Onlar sabahın elm adamları, müəllimləri, həkimləri, mütəxəssisləri, ən başlıcası isə Vətəni sevən, onu qoruyan və inkişaf etdirən gəncləri olacaq.

Bu sevinc dolu gündə xüsusi qürurumuz var: artıq illərlə həsrətini çəkdiyimiz Qarabağda da ilk zənglər çalınmaqdadır! Prezident İlham Əliyevin qətiyyətli iradəsi, dövlətimizin güclü siyasəti və xalqımızın birliyi ilə dirçələn Qarabağda məktəb və Universitet qapılarının balalarımızın üzünə açılması tariximizin parlaq səhifəsidir. Bu, həm də Azərbaycan xalqının iradəsinin, dövlətin gücünün və milli birliyimizin rəmzidir.

Uşaqlarımız gələcəyimizin işıqlı aynaları, Azərbaycanın insan kapitalının ən qiymətli sərvətidir. Onların hərtərəfli inkişafı, sağlam və xoşbəxt böyüməsi, milli və ailə dəyərləri ruhunda tərbiyə alması dövlət siyasətinin mərkəzindədir. Məhz bu baxışla ölkəmizdə uşaq hüquqlarının qorunması, keyfiyyətli təhsilin əlçatanlığı, erkən inkişaf və ailə mühitinin möhkəmləndirilməsi istiqamətində ardıcıl işlər görülür.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də bu ümummilli missiyanın fəal iştirakçılarındandır.

Biz uşaqların hüquqlarının qorunması, ailələrin sosial rifahının yüksəldilməsi, uşaqlara yönələn bütün növ zərərli təsirlərin qarşısının alınması kimi sahələrdə mühüm layihələr həyata keçirməkdəyik. Məqsədimiz hər bir uşağın öz istedadını azad və təhlükəsiz mühitdə reallaşdıra bilməsidir.
Əziz balalar, bu gün sizin bayramınızdır! Sizi bu münasibətlə ürəkdən təbrik edir, bilik dolu, rəngarəng və maraqlı məktəb illəri arzulayırıq!

Bilin ki, Vətənimiz sizinlə fəxr edir, dövlətimiz isə sizin xoşbəxtliyiniz üçün daim yanınızdadır.
Müəllimlərinizin, valideynlərinizin, cəmiyyətimizin sevgisi və qayğısı isə sizin yol yoldaşınızdır.
Dəyərli dostlar, gəlin hər birimiz üçün əziz olduğu qədər də anlamlı bir gündə məktəb qapısını ilk fəfə açan, gələcəyə gedən yolumuzu öz saf və kiçik ürəkləri ilə işıqlandıran hər bir uşağı ürəkdən təbrik edək və onlarla gələn gələcəyimizi birlikdə qoruyaq !

Bahar Muradova
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR