BAKU Azərbaycan
17.03 °C

Dünyanın ən böyük saunası

Dünyanın ən böyük saunası Norveçin Bodo şəhərindədir.

Gazette.az AZƏRTAC-a istinadən bildirir ki, 100 nəfərin eyni anda çimə biləcəyi sauna Norveç dənizinin sahilində yerləşir.

Saunanın dizaynı çox sadədir - bu, xüsusi materialla örtülmüş üçbucaqlı taxta fermalardan ibarətdir. Buna görə də, "Agora" saunasında ön hissə şəffaflaşdırılıb, skamyalar isə amfiteatr şəklində yerləşdirilib.

Beləliklə, hər kəs buradan eyni zamanda Norveç dənizi sahillərinin gözəl mənzərəsini seyr edə bilər.