BAKU Azərbaycan
15.03 °C

Macarıstanda qatarla avtomobil toqquşub, 5 nəfər ölüb, 10 nəfər yaralanıb

Macarıstanın cənubunda yerləşən Çonqrad vilayətinin Mndsent şəhərində avtomobillə qatarın toqquşması nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb.

Gazette Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli polisdən bildirilib.

Hadisə zamanı qatar relsdən çıxıb. Qatarda 22 nəfər olub.

Qəzanın səbəbi araşdırılır.