50 yaşdan yuxarı olanlara ŞOK XƏBƏRDARLIQ

Təxminən 350 min avstraliyalı 50 yaşına çatarkən poçt qutusunda digər məktublardan fərqli bir məktubla qarşılaşacaq.

Avstraliya hökuməti 1 iyul 2025-ci ildən 30 iyun 2026-cı ilədək 50 yaşına çatan şəxslərə demensiya riskini azaltmağa yönəlmiş tövsiyələrin yer aldığı məktublar göndərməyə başlayıb.

Demensiya üzrə mütəxəssislərin rəyləri nəzərə alınaraq hazırlanan məktublarda gündəlik həyatda dəyişdirilə biləcək vərdişlərə xüsusi diqqət yetirilir. Tövsiyələrin əsasında alkoqol qəbulunun azaldılması, sağlam qidalanma və siqaretdən imtina dayanır. Bununla yanaşı, ürək-damar xəstəlikləri və diabet riskinin nəzarətdə saxlanılması, beyin sağlamlığının qorunması və zehni fəaliyyətin aktiv tutulması tövsiyə edilir.

Məktubu alan şəxslər həmçinin pulsuz fərdi demensiya riskinin qiymətləndirilməsindən yararlana biləcəklər.

Kampaniyanın əsas məqsədi demensiya riskinin qarşısını almaq və ya onu azaltmaq üçün tədbirlərə daha erkən yaşlarda başlamağın vacibliyinə diqqət çəkməkdir.

Hazırda Avstraliyada təxminən 460 min insan demensiya ilə yaşayır. Əhalinin yaşlanması fonunda bu rəqəmin 2065-ci ilə qədər 1,1 milyona çatacağı proqnozlaşdırılır.

Mütəxəssislər mühüm bir məqama diqqət çəkirlər: araşdırmalar demensiya hallarının təxminən yarısının məlum və dəyişdirilə bilən risk faktorlarına vaxtında müdaxilə etməklə gecikdirilə və ya qarşısı alına bilinəcəyini göstərir.

Onların fikrincə, beyin sağlamlığını qorumaq yalnız siqareti tərgitmək və sağlam qidalanmaqla məhdudlaşmır. Eşitmə və görmə problemlərinin müalicəsi, depressiyanın vaxtında aradan qaldırılması və sosial əlaqələrin qorunması da demensiya riskinə təsir edə bilən amillər sırasında göstərilir. (olke.az)

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR