Müasir dünyada davamlı sülhün ən güclü təminatı müharibə deyil, diplomatiya, dialoqdur

"9 İyul – Diplomatiya Günü münasibətilə bir daha əmin olduq ki, müasir dünyada davamlı sülhün ən güclü təminatı müharibə deyil, diplomatiya, qarşılıqlı hörmət, dialoq və beynəlxalq hüquqa əsaslanan əməkdaşlıqdır. İnsan hüquqlarının qorunması, dövlətlər arasında etimadın möhkəmləndirilməsi və fikir ayrılıqlarının danışıqlar yolu ilə həlli müharibələrin qarşısının alınması üçün əsas və alternativsiz vasitədir".
 
Bunları Qlobal Həmrəylik Şurasının Qafqaz üzrə sədri beynəlxalq hüquq müdafiəçisi David Seliverstov deyib. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti, incə diplomatiyası və dialoqa əsaslanan mövqeyi nəticəsində Azərbaycan dövləti beynəlxalq münasibətlərdə öz sözünü deyən, etibarlı və güclü tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir.
 
David Seliverstovun sözlərinə görə, bu siyasətin ruhuna uyğun olaraq hər birimiz öz imkanlarımız daxilində Türkiyənin tarixi məsələlərinin İsrail parlamentində – Knessetdə müzakirəyə çıxarılmaması istiqamətində səy göstərdik və öz töhfəmizi verməyə çalışdıq:
 
"Bu prosesdə İsraildə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları, dövlət və hökumət nümayəndələri, Azərbaycan dövlətini sevən yəhudi icmalarının rəhbərləri, Azərbaycandakı yəhudi dini və ictimai icmalarının nümayəndələri, eləcə də məsələnin gündəmdən çıxarılması üçün fəaliyyət göstərən hər kəs həmrəylik və məsuliyyət nümayiş etdirdi.
 
Onların hər birinə təşəkkür edir, göstərilən səyləri yüksək qiymətləndiririk. Bu cür həmrəylik Azərbaycan, Türkiyə və İsrail xalqları arasında qarşılıqlı etimadın, dostluğun və sülhün möhkəmlənməsinə xidmət edir".
 
David Seliverstov, "Bu prosesdə Pavel Yelizarovun da kiçik, lakin dəyərli bir töhfəsi olmuşdur. Buna görə ona hər hansı vəzifə və ya təşkilat rəhbəri kimi deyil, bir dost kimi səmimi təşəkkürümü bildirirəm. Dostluq bəzən böyük sözlərlə deyil, doğru zamanda göstərilən kiçik, lakin mənalı dəstəklə öz həqiqi dəyərini nümayiş etdirir.
 
Diplomatiya xalqları qarşı-qarşıya qoymur, onları bir masa arxasında birləşdirir. Diplomatiya müharibənin qarşısını alan, insan həyatını qoruyan və dövlətlər arasında etimad yaradan ən güclü vasitədir. Yaşasın bütöv Azərbaycan! Yaşasın Ali Baş Komandan!",-deyə vurğulayıb.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR