Şəhid övladları arasında keçirilən “Zəfər” qolf turnirinə yekun vurulub

Vətən müharibəsi şəhidlərinin 11–14 yaş aralığında olan övladlarının iştirakı ilə “Dreamland” qolf klubunda keçirilən “Zəfər” qolf turnirinin final mərhələsi keçirilib.

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.

Bildirilib ki, turnirin qrup mərhələsində 5 qrupda mübarizə aparan 30 uşaqdan 5-i finala vəsiqə qazanıb.

Final mərhələsində iştirakçılar geniş beynəlxalq təcrübəyə malik, Azərbaycanda yeganə PGA ixtisaslı qolf mütəxəssisi olan Şeyn Pikokun (Shane Peacock) hakimliyi ilə əvvəlcə uzun zərbələr (Long Game) üzrə yarışıblar. Uşaqlar müəyyən olunmuş hədəfləri dəqiqliklə vuraraq xal toplayıblar. Turnir qısa oyun (Short Game) – patinq (Putting) müsabiqəsi ilə yekunlaşıb. Hər iki mərhələnin cəmində ən yüksək xal toplayan iştirakçılar turnirin qalibi adını qazanıblar.

Beləliklə, Kəlbiyev Elcan 1-ci yerə, Abdullazadə Aysu 2-ci yerə, Rüstəmov Şahin isə 3-cü yerə layiq görülüblər.

Turnirin sonunda qaliblərə qolf idman növünə aid müxtəlif hədiyyələr və mükafatlar təqdim olunub.

Layihə DSMF-nin təşkilatçılığı və “Bir” ekosisteminin dəstəyi ilə reallaşdırılıb.

SON XƏBƏRLƏR

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

BÜTÜN XƏBƏRLƏR