Təhsilin İnkişafı Fondu Dünyagöz Xəstəxanası ilə əməkdaşlığa başlayıb

Təhsilin İnkişafı Fondu ilə Dünyagöz Xəstəxanası arasında “TəhsilPlus” layihəsi çərçivəsində əməkdaşlıq müqaviləsi imzalanıb.

Əməkdaşlıq çərçivəsində təhsil işçiləri Dünyagöz Xəstəxanasının təqdim etdiyi xidmətlərdən xüsusi güzəştlərlə yararlana biləcəklər. Müqaviləyə əsasən, müayinə və tomoqrafiya xidmətlərinə 50 faiz, lazer, ümumi və xüsusi əməliyyatlara isə 20 faiz endirim tətbiq olunacaq.

İmzalanma mərasimində Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli, Dünyagöz Xəstəxanasının icraçı direktoru Mahmut Hazıroğlu, eləcə də hər iki tərəfin nümayəndələri iştirak ediblər.

Nicat Məmmədli bildirib ki, bu əməkdaşlıq təhsil işçilərinin sosial rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsidir. O, təhsil işçilərinin keyfiyyətli tibbi xidmətlərə daha əlçatan şəkildə çıxışının təmin edilməsinin əhəmiyyətini vurğulayıb.

Daha sonra Mahmut Hazıroğlu təhsil sahəsində çalışan şəxslərə dəstək verməyin onlar üçün mühüm sosial məsuliyyət istiqamətlərindən biri olduğunu qeyd edib, əməkdaşlığın uzunmüddətli və faydalı olacağına inandığını ifadə edib.

Qeyd edək ki, “TəhsilPlus” layihəsi Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Mastercard” qlobal texnologiya şirkətinin birgə əməkdaşlığı ilə həyata keçirilir. Layihə çərçivəsində kartların bütün təhsil pillələri üzrə fəaliyyət göstərən təhsil işçilərinə mərhələli şəkildə təqdim edilməsi nəzərdə tutulur. Bununla yanaşı, təhsil işçiləri üçün müxtəlif sahələrdə yeni üstünlüklərin yaradılması və tərəfdaş şəbəkəsinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

SON XƏBƏRLƏR

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

BÜTÜN XƏBƏRLƏR