
Reklam
25 İyun 2026, 15:45
79
FHN Aqşin Fatehin restoranını bağladı
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli obyektdə yoxlama aparıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qurumun apardığı yoxlamaların nəticəsində paytaxtın Azadlıq prospekti 231 ünvanında yerləşən “By Fateh” restoranının fəaliyyəti dayandırılıb. Restoranın qapısı möhürlənib.
Qeyd edək ki, adıçəkilən restoran tanınmış meyxanaçı Aqşin Fatehə məxsusdur.
Xatırladaq ki, daha əvvəl də sözügedən restoranın fəaliyyəti bir neçə dəfə dayandırılıb.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





