Bakı Hərbi Prokurorluğunun inzibati binasının açılışı olub

İyunun 24-də Bakı Hərbi Prokurorluğunun əsaslı təmir edilərək yenidən qurulan inzibati binasının açılış mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, həmçinin Baş Prokurorluğun və Hərbi Prokurorluğun rəhbər heyəti, digər rəsmi şəxslər və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə mərasim iştirakçıları binanın foyesində yerləşən ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad ediblər.

Məlumat verilib ki, uzun illər prokurorluq orqanlarının fəaliyyət göstərdiyi inzibati bina əsaslı təmir edilərək müasir standartlara uyğun yenidən qurulub. Yenidənqurma işləri çərçivəsində bina prokurorluq əməkdaşlarının fəaliyyətinin daha səmərəli təşkili, iş proseslərinin operativliyinin artırılması və vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə tam yenilənib. Binada əməkdaşların rahat və funksional fəaliyyəti üçün zəruri texniki avadanlıqlarla təchiz edilmiş xidməti otaqlar, vətəndaş qəbulu bölməsi, akt və iclas zalları yaradılıb. Eyni zamanda, bina enerji səmərəliliyi və təhlükəsizlik baxımından ən son tələblərə uyğun şəkildə modernləşdirilib.

Qeyd olunub ki, inzibati binada “Elektron Prokurorluq” informasiya sistemi tam şəkildə tətbiq olunub. Sistem vasitəsilə sənəd dövriyyəsi rəqəmsal müstəvidə həyata keçirilir, fəaliyyətin çevikliyi və şəffaflığı daha da artırılır.

İnzibati bina ilə tanışlıqdan sonra akt zalında iclas keçirilib.

Açılış nitqi ilə çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, Bakı Hərbi Prokurorluğunun inzibati binasının istifadəyə verilməsi Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının növbəti ildönümünə təsadüf etməsi baxımından xüsusi əhəmiyyət daşıyır. O qeyd edib ki, hərbi prokurorluq orqanları Silahlı Qüvvələrlə sıx qarşılıqlı fəaliyyət şəraitində qanunçuluğun, hüquq qaydasının və hərbi intizamın möhkəmləndirilməsi istiqamətində mühüm fəaliyyət göstərərək dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsinə töhfə verib.

SON XƏBƏRLƏR

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

BÜTÜN XƏBƏRLƏR