Xəzər İsayevə böyük ETİMAD!

Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının sədri, Avropa Ədalətli Oyunlar Hərəkatının (EFPM) İcraiyyə Komitəsinin üzvü, Dövlət Gömrük Komitəsinin İdman-Sağlamlıq Mərkəzinin rəisi, gömrük xidməti polkovniki Xəzər İsayev Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzində keçirilən ümumi yığıncağın qərarına əsasən Mərkəzin Nəzarət-Təftiş Komissiyasının sədri seçilib.

Bu barədə Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi məlumat yayıb.

Bu təyinatla bağlı münasibətini bölüşən Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin İdarə Heyətinin sədri Fuad Rəsul bildirib ki, Xəzər İsayevin Mərkəzin Nəzarət-Təftiş Komissiyasının sədri seçilməsi təşkilatın fəaliyyətində yeni inkişaf mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər:

"Xəzər müəllim Azərbaycan idmanının inkişafında müstəsna xidmətləri olan, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edən, yüksək nüfuza malik görkəmli idman və ictimai xadimdir. Onun uzun illər ərzində qazandığı zəngin idarəçilik təcrübəsi, peşəkarlığı, prinsipiallığı və ictimai fəaliyyət sahəsində əldə etdiyi nailiyyətlər Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin fəaliyyətinə mühüm töhfələr verəcəkdir.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident hörmətli Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə ölkəmizdə irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsi, sosial rifahının yüksəldilməsi, eyni zamanda könüllü və təmənnasız qan donorluğu mədəniyyətinin inkişafı istiqamətində mühüm işlər həyata keçirilir. Dövlətimizin bu sahəyə göstərdiyi yüksək diqqət və qayğı nəticəsində qan donorluğu hərəkatı genişlənir, insanların bu xeyirxah missiyaya qoşulması üçün əlverişli şərait yaradılır.

Xəzər İsayev kimi nüfuzlu idman və ictimai xadimin Mərkəzin fəaliyyətində təmsil olunması həyata keçirilən layihələrin və təşəbbüslərin əhatə dairəsinin genişlənməsinə, qan donorluğu ideyasının cəmiyyət arasında daha geniş təbliğinə və bu sahədə ictimai həmrəyliyin daha da güclənməsinə xidmət edəcəkdir."

Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin rəhbərliyi Xəzər İsayevi yeni vəzifəyə seçilməsi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, gələcək fəaliyyətində yeni nailiyyətlər və uğurlar arzulayır.

SON XƏBƏRLƏR

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

BÜTÜN XƏBƏRLƏR