“Həyat ən çox duyğusal insanların üzərində sınanır”

Xalq artisti Naibə Allahverdiyeva sosial şəbəkə hesabında ad günü ilə bağlı paylaşım edib.

Aktrisa onu təbrik edən hər kəsə təşəkkürünü bildirib. Naibə Allahverdiyeva paylaşımında həyatın insanları müxtəlif sınaqlarla üz-üzə qoyduğunu vurğulayaraq, mərhəmətin qorunmasının ən böyük qələbə olduğunu qeyd edib:

“İnsan yaşa dolduqca anlayır ki, həyat ən çox duyğusal insanların üzərində sınanır. Əbəs yerə demirlər ki, bu dünya sınaq dünyasıdır. Bəzən haqsızlıq bu dünyanın dəyişməyən qanunu kimi görünür. Ən dərin yorğunluqlar görünməyən savaşlardan qalır. Kiminin gülüşünün altında uşaqlıq yarası, kiminin susqunluğunun altında isə yarımçıq qalmış bir həyat yatır.

Bütün bunlara baxmayaraq, insan qəlbindəki mərhəməti qoruyub saxlaya bilirsə, deməli qalibdir. Çünki mərhəmətli qəlblər qaranlıqdan keçsə də, qaranlığa çevrilmir. Bu dünyada insanı insan edən nə uğur, nə də gücdür – insanı insan edən qəlbinin sərtləşməməsidir. Allah bu mərhəməti qəlbimizdən almasın.

Məni ad günüm münasibətilə təbrik edən hər kəsə təşəkkür edirəm”.(axsam.az)

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR