”ASAN xidmət” və Cənub-Cənub əməkdaşlığı genişlənir

21 may 2026-cı il tarixində Birləşmiş Millətlər Təşkilatının (BMT) Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Təhlükəsiz və Dayanıqlı Şəhər və İcmaların Qurulması üzrə Regionlararası Dialoq: Sürətlə Şəhərləşən Qlobal Cənub üçün Cənub-Cənub və Üçtərəfli Əməkdaşlıq çərçivəsində İnnovativ Tərəfdaşlıqlar və Həllər” adlı tədbir təşkil olunub.  

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev “ASAN xidmət” modelinin dövlət idarəçiliyində innovativ yanaşmaların tətbiqi, vətəndaş məmnuniyyətinin artırılması və ictimai xidmətlərin əlçatanlığının genişləndirilməsi sahəsində əldə etdiyi uğurlardan bəhs edib. Qeyd edilib ki, ”ASAN xidmət” Cənub-Cənub əməkdaşlığı çərçivəsində innovativ dövlət xidmətləri sahəsində təcrübə mübadiləsinə xüsusi önəm verir. 

Paneldə BMT-nin Cənub-Cənub Əməkdaşlığı Ofisinin direktoru Dima Al-Xəttib, BMT-nin Məskunlaşma Proqramının regional direktoru Patrik Kanaqasinqham və digər yüksəkvəzifəli rəsmilər sürətli şəhərləşmə, iqlim çağırışları və artan sosial tələbat fonunda inkişaf etməkdə olan ölkələr arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. 

Tədbir çərçivəsində iştirakçılar dayanıqlı və inklüziv şəhərlərin formalaşdırılmasında dövlət xidmətlərinin rolu, innovativ həllərin təşviqi və beynəlxalq tərəfdaşlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR